WTA tennis turniri Bakıda keçirilməyəcək


Tennis ustaları yayda Bakıya gəlməyəcəklər. Olimpnews.az saytının məlumatına görə, buna səbəb Azərbaycanın bu il keçiriləcək "WTA international” seriyalı tennis turnirindən imtina etməsidir. Bakı Tenis Akademiyasının rəhbərliyi hesab edir ki, kiçik yaş qrupları üzrə yarışların keçirilməsi daha məqsədəuyğundur. Çünki, belə yarışlar ölkəmizin yeniyetmə və gənc tennisçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsində daha böyük rol oynayır. "WTA international” seriyalı tennis turnirində isə adətən, peşəkar tennisçilər mübarizə aparırlar. Ölkəmizin imtina etdiyi bu turnir gələn il Çində təşkil ediləcək.

Məlumat üçün qeyd edək ki, ümumi mükafat fondu 220 min ABŞ dolları olan nüfuzlu turnir Bakıda 2011-ci ildən etibarən keçirilirdi.




Bu yazı

5908 dəfə oxunub

Tarix

2016-01-08 15:37:11

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook