Taekvondoçularımız lisenziya xarakterli turnirdə iştirak edəcəklər


Bu gün taekvondo üzrə yığma komandamızın 3 üzvü İstanbula yollanacaq. Olimpnews.az saytının məlumatına görə, onlar bu şəhərdə təşkil olunan və 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən beynəlxalq turnirdə iştirak edəcəklər.

Kişilərdən ibarət yığma komandanın heyətində Milad Beigi Hərçəqanı (80), qadın taekvondoçular arasında isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə üçün mübarizə aparacaqlar.

Avropa Taekvondo İttifaqının və Türkiyə Taekvondo Federasiyasının təşkilatçılığı ilə yanvarın 16-17-də keçiriləcək qitə təsnifat turnirində hər çəki dərəcəsi üzrə finala çıxan idmançılar Olimpiya Oyunlarına vəsiqəni özləri üçün təmin edəcəklər. Ona görə də bu turnir taekvondoçularımızın Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaları baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, milli komandanın üzvü, dünya və Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi Radik İsayev 87 kiloqram çəki dərəcəsində dünya reytinq siyahısında tutduğu yer sayəsində artıq lisenziya əldə edib.




Bu yazı

5323 dəfə oxunub

Tarix

2016-01-13 11:09:07

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook