Azərbaycan idmançısı ilin ən yaxşısı adına real namizəddir


Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2015-ci ilin ən yaxşı atleti adına namizədlərin siyahısını açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, bu ada 5 kişi və 5 qadın idmançı iddialıdır. Planetin ən güclü 5 qadın idmançısı arasında Azərbaycan millisinin lideri Boyanka Kostova da yer alıb. Ötən il ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanmaqla iki dünya rekordunu təzələyən idmançımız ilin ən yaxşı atleti seçilməyə real namizədlərdən biridir.

Qeyd edək ki, bu "beşlik”də yalnız 2 qitənin üzvləri yer alıblar. Milliləşən bolqarıstanlı idmançımızla yanaşı, rusiyalı Tatyana Kaşirina da Avropanı təmsil edir. Asiyadan isə çinlilər Vey Denq və Yue Kanq, həmçinin tayvanlı Şu-Çinq Hsu namizədlər sırasındadırlar.

2015-ci ilin ən yaxşı atleti adına namizədlər IWF-nin rəsmi saytı vasitəsilə keçirilən səsvermə ilə müəyyənləşəcək. Qaliblər yanvarın 31-də bəlli olacaq.


Bu yazı

5275 dəfə oxunub

Tarix

2016-01-14 16:11:22

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook