Şirkət yağış təkərlərini testdən keçirəcək

"Formula-1”in rəsmi təkər təchizatçısı "Pirelli” şirkətinin yağış təkərləri testlərində "Ferrari”, "Red Bull Racing” və "Maklaren” komandaları iştirak edəcək.

Olimpnews.az saytının məlumatına görə, testlər yanvarın 25-26-da Fransadakı Pol Rikar avtodromunda təşkil olunacaq. Testlərdə güclü yağış zamanı "Pirelli” təkərlərinin necə işləməsi yoxlanılacaq. Komandaların iştirak ardıcıllığı və pilotların tərkibi haqda yaxın günlərdə məlumat veriləcək. Pol Rikar avtodromundakı testlər media üçün açıq olacaq.


Bu yazı

14564 dəfə oxunub

Tarix

2016-01-16 23:01:22

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook