Tennisdə danışılmış oyunlar?




Tennisdə danışılmış oyunların mövcudluğunu təsdiqləyən gizli sənədlər üzə çıxıb.
BBC teleşirkəti və "BuzzFeed" internet portalı həmin sənədləri ələ keçirdiklərini açıqlayıb.
Məlumata görə danışılmış oyunlarda son 10 ilin ən yaxşı "50-liy"inə daxil olan 16 tennisçinin adı hallanır. Bu barədə müvafiq orqanların da xəbəri olub. Lakin onlar oyunçulara çıxışlarını davam etdirmək imkanı yaradıblar. Ad açıqlamayan teleşirkət mobil telefon, bank hesabı və fərdi kompüterə çıxış olmadan konkret oyunçuların günahının sübuta yetirilməsinin mümkünsüzlüyünü səbəb göstərib. Bununla belə, həmin tennisçilər arasında "Böyük dəbilqə" turnirləri qaliblərinin olduğu, onlardan 8-nin Melburnda start götürən "Australian Open"də çıxış edəcəkləri məlumdur. Daha ətraflı məlumatın yanvarın 19-da efirə çıxacaq radio proqramında veriləcəyi vurğulanıb.
Peşəkar Tennisçilər Assosiasiyasının prezidenti Kris Kermod adların açıqlanacağına şübhə ilə yanaşıb. O, öz təşkilatının Tennis İntegrity Unit"lə ("Tennisdə düzgünlük") birgə bütün materialları öyrənəcəyini bildirib.




Bu yazı

5534 dəfə oxunub

Tarix

2016-01-18 14:20:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook