Məşhur idmançı əzələlərinin qurbanı oldu




Britaniyanın ən məşhur bodibildinqçilərindən olan Din Uarmbi illərdən bəri davam edən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
39 yaşlı idmançı mədə xərçəngindən vəfat edib.

Əzələlərinin ölçülərini mümkün qədər böyütməyə, bədənini "şişirtməyə" çalışan Din Uarmbi bodibildinqlə aktiv məşğul olduğu illərdə hər gün ağır məşqlər edir, 10 min kalorilik yemək yeyir, 8 banka enerji verən içkilər içirdi.
Üstəlik, o, "qısa zamanda yaxşı nəticə"yə nail olmaq üçün müxtəlif steroidlər və anabolik preparatlar qəbul edirdi. Onun gündəlik rasionunda fast-fud, hamburgerlər, kolbasa və sosiskalar, habelə qızardılmış ət xüsusi yer tuturdu.
Mədəsində xərçəng şişi aşkarlananda o, pəhriz saxlamağa, sağlam qidalanmağa başlasa da, artıq gec idi.

İngiltərənin Roçdeyl şəhərində yaşayan Din gözgörəsi "əriyirdi".
Dinin dul qalmış xanımı Şarlotta Riqbi deyir: "Dinlə tanış olanda o, zəhmli, əzələli kişi idi. Əzələləri sanki dəmirdən yoğrulmuşdu. Amma sonra öyrəndim ki, o, müxtəlif steroidlər qəbul edir. Bunun qarşısını almağa çalışdım, amma o mənə qulaq asmadı. Yalnız xəstəliyi aşkarlanandan sonra o, steroidlərin qəbulunu dayandırdı. Gecikmişdik..."





Bu yazı

22991 dəfə oxunub

Tarix

2016-01-19 12:11:32

Yazını

Çap et

Yazını

Paylaş