Lyuis Hamilton bu dəfə istedadını musiqidə göstərdi
"Formula-1” yarışlarının üçqat dünya çempionu Lyuis Hamilton azarkeşlərini təəccübləndirib.
"Mersedes” komandasının təmsilçisi olan britaniyalı pilotun, sən demə, gözəl fortepiano istedadı varmış.
L.Hamilton ABŞ-ın pop-musiqiçisi Layonel Riçinin "Easy” kompozisiyasını fortepianoda ifa edib və bu görüntünü özünün şəxsi instagram səhifəsində yerləşdirib. Üçqat dünya çempionu etiraf edib ki, fortepianoda ifa etməyi çox sevir.
Bu yazı
10541 dəfə oxunub
Tarix
2016-01-24 11:33:45