İlin ilk rəsmi yarışında uğurlu nəticə


Dünya Karate Federasiyasının Premyer Liqa yarışlarından ən nüfuzlusu "Paris Open” beynəlxalq turnirinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, 13 idmançı ilə Parisdə mübarizə aparan komandamıza federasiya prezidenti Yaşar Bəşirov və I vitse-prezident Rəhman Hətəmov rəhbərlik ediblər. Ölkəmizi təmsil edən Azərbaycan karateçiləri Firdovsi Fərzəliyev (-60 kq) və Şahin Atamov (+84 kq) nüfuzlu "Paris Open” beynəlxalq turnirini gümüş medalla başa vurublar. Firdovsi Fərzəliyev həlledici görüşdə ukraynalı İqor Uxniçə uduzaraq gümüş medala sahib çıxıb. Şahin Atamov isə finalda türkiyəli Enes Erkana məğlub olaraq ikinci yerlə kifayətlənib. Bu nəticə mükafat qazanan 18 ölkə arasında Azərbaycanı 10-cu pilləyə qaldırıb. Məlumat üçün qeyd edək ki, Dünya Karate Federasiyasının "kiçik dünya çempionatı” adlandırılan bu mötəbər turnirində 75 ölkədən 1012 idmançı iştirak edib.

İlin ilk rəsmi yarışının son günü tatamiyə çıxan 3 idmançımız - Fəridə Abiyeva (-61 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər iksi -67 kq) isə medalçılar sırasına düşə bilməyiblər.

Komandamızın heyətində mübarizə aparan digər idmançılarımızdan Nuranə Əliyeva (-50 kq) və Ayxan Mamayev (-84 kq) bürünc medal uğrunda təsəlliverici görüşlərdə məğlub olaraq turniri mükafatsız başa vurublar.


Bu yazı

5775 dəfə oxunub

Tarix

2016-01-26 14:21:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook