Novak Cokoviç 6-cə dəfə qalib oldu

Serena Uilyams isə məğlub oldu

Dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç "Australian open-2016” tenis turnirinin finalında britaniyalı Endi Marrey üzərində 3:0 hesabı ilə qələbə qazanıb - 6:1, 7:5, 7:6. Novak Cokoviç 3-cü setdə rəqibini tay-brekdə məğlub edib.

Bu, Cokoviçin "Böyük dəbilqə” seriyasından olan Avstraliya açıq birinciliyində əldə etdiyi altıncı qələbəsidir. Şotlandiyalı Endi Marrey isə finalda dörd dəfə oynasa da, ona hələ çempionluq sevinci yaşamaq nəsib olmayıb. O, dörd final oyununun hamısında Novak Cokoviçə uduzub.

Xatırladaq ki, dünən qadınlar arasında keçirilən final görüşündə sensasiya qeydə alınıb. Turnirin favotiti olan bir nömrəli raket ustası Serena Uilyams (ABŞ) reytinq cədvəlinin ikinci pilləsində yer alan almaniyalı tennisçi Angelika Kerberə məğlub olub.




Bu yazı

8498 dəfə oxunub

Tarix

2016-01-31 21:45:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook