Dünya komanda çempionatının püskatma mərasimi keçirilib


Fevralın 28-də Malayziyanın paytaxtı Kuala - Lumpur şəhərində stolüstü tennis üzrə dünya komanda çempionatı start götürəcək. Olimpnews.az saytının məlumatına görə, bir neçə gün əvvəl qadın komandaları arasında püşkatma mərasimi keçirilib. III divizionun "L” qrupunda qərarlaşmış Azərbaycanın qadınlardan ibarət komandası Argentina, Qazaxıstan, Qvatemala, Monqolustan və Latviya idmançıları ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirə martın 6-da yekun vurulacaq.



Bu yazı

5209 dəfə oxunub

Tarix

2016-02-01 18:17:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook