Komandalarımızın rəqibləri müəyyənləşdi


Avropa çempionatının "C” divizyonunda mübarizə aparan basketbol üzrə qadınlardan ibarət yığma komandalarımızın rəqiblərinin adları açıqlanıb.

Olimpnews.az saytının məlumatına görə, Samit Nuruzadənin rəhbərlik etdiyi 16 yaşadək olan oğlan basketbolçular çempionatın A qrupunda iyulun 17-dən 24-dək Kiprin paytaxtı Nikosiyada mübarizə aparacaq. Millimiz bu qrupda Malta, Kipr, Uels və San Marino yığmaları ilə mübarizə aparacaq.

Oğlanlardan ibarət U-18 yığmamız isə Cəbəllütariq, Andorra və Monako komandaları ilə üz-üzə gələcək. Baş məşqçi Tahir Baxşıyevin yetirmələri də A qrupunda güclərini sınayacaqlar. Qrupun oyunları iyulun 8-dən 15-dək San Marinoda təşkil olunacaq.




Bu yazı

10404 dəfə oxunub

Tarix

2016-02-03 12:08:25

Yazını

Çap et

Yazını

Paylaş