Olimpiya çempionu ağır xəstəliyə düçar oldu





Üzgüçülük üzrə hollandiyalı Olimpiya çempionu İnqe Dekkerdə xərçəng xəstəliyi aşkarlanıb.

Bu barədə Hollandiya Üzgüçülük Federasiyası məlumat yayıb.

Xəstəlik idmançının boyun nahiyəsində müəyyən olunub. İdmançı xəbəri eşidərkən çox qorxduğunu bildirib: "3 ildir ki, yalnız Rio-2016 Olimpiadası üçün çalışıram. Ancaq birdən bu xəbəri aldım. Gələcəyə inamla baxıram və bütün diqqətimi bərpa prosesinə yönəldəcəyəm".

Qeyd edək ki, İnqi Dekker sərbəst üsulla üzmədə 2008-ci il Pekin, 2012-ci il London və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında müvafiq olaraq qızıl, gümüş və bürünc medal qazanıb.




Bu yazı

16628 dəfə oxunub

Tarix

2016-02-18 13:23:29

Yazını

Çap et

Yazını

Paylaş