Beynəlxalq tennis turniri başa çatdı

Bakı Tennis Akademiyasında keçirilən beynəlxalq tennis turnirinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan və Beynəlxalq Tennis Federasiyalarının təşkilatçılığı ilə peşəkar kişi tennisçilər arasında keçirilən yarışda ölkəmizlə yanaşı, Rusiya, Qazaxıstan, Rumıniya, İngiltərə, Çexiya, Belarus, İtaliya, Latviya və digər ölkələrdən ümumilikdə 70-dən çox raket ustası qüvvəsini sınayıb. Turnirin ən gənc raket ustası 16, ən yaşlı tennisçi isə 36 yaşında olub. Yarışda ölkəmizi 4 tennisçi təmsil edib. Təəssüf ki, idmançılarımız mükafatçılar sırasına düşə bilməyiblər. Turnirin final oyununda latviyalı Mikelis Libietis ilə qazaxıstanlı Timur Kabibulin qarşılaşıb. Həledici görüşdə rəqibinə 6:3, 6:2 hesabı ilə qalib gələn Latviya təmsilçisi Mikelis Libietis turnirin qalibi adını qazanıb.

Məlumat üçün qeyd edək ki, bu yarışdan sonra Bakı Tennis Akademiyasında daha bir beynəlxalq turnir - 16 yaşlılar arasında Avropa tennis turniri start götürüb. Yarış fevralın 29-dək davam edəcək.


Bu yazı

5600 dəfə oxunub

Tarix

2016-02-23 10:46:33

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook