Stolüstü tennisçilərimiz dünya çempionatında


Fevralın 28-də Malayziyanın Kuala-Lampur şəhərində stolüstü tennis üzrə dünya çempionatı start götürüb. 91 kişi və 81 qadın komandasının iştirak etdiyi yarışda Azərbaycan tennisçiləri də mübarizə aparırlar.

Olimpnews.az saytının məlumatına görə, ölkəmizi çempionatda məşqçi M.Timofeyevin rəhbərliyi altında Məryəm İmanova, Deng Simeng və Zhou Chuyi təmsil edirlər.

Qadınlardan ibarət komandamız III divizionda öz qrupunda Argentina, Qvatemala, Qazaxıstan, Latviya və Monqolustan komandaları ilə mübarizə aparacaq. Stolüstü tennis üzrə dünya çempionatına martın 6-da yekun vurulacaq.



Bu yazı

5546 dəfə oxunub

Tarix

2016-02-29 16:55:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook