Sponsorlar bezib?


"Formula-1” yarışlarının əfsanəsinə çevrilən Mixael Şumaher 2013-cü ilin dekabr ayında xizək sürərkən qəza keçirmişdi. Olimpnews.az saytının məlumatına görə, uzun müddətdir ki, ağır vəziyyətdə olsa da, yaşamağa davam edən Şumaher 5 dəfə əməliyyat edilib. Məşhur pilotun həftəlik müalicə xərcləri 191 min avrodan çoxdur. Bu günə qədər Şumaherin müalicəsi üçün 25 milyon avro xərclənib və bu xərclər onun ailəsini maddi çətinliyə salıb. Alman pilotun müalicəsi üçün 15 nəfər səhiyyə işçisi çalışır. Vəziyyətinin stabil olduğu deyilən pilot danışmır və hərəkət edə bilmir. O, hər gün mikroblara qarşı müalicə alır və səhhətində irəliləyiş olub-olmadığı yoxlanılır.

Məşhur pilotun sponsorları olan "Ferrari”, "Mersedes-Benz”, Almaniyanın "Deutsshe Vermögensberatug” firması, dəbilqə istehsalçısı "Şchubert”, saat markası "Audemars Piguet”, su markası "Rosbasher” və digər 20 firma Şumaherə göstərdikləri maddi yardımı artıq dayandırıblar. Sponsor firmaların bu davranışı isə Şumaherin fanatlarının etirazına səbəb olub.


Bu yazı

8773 dəfə oxunub

Tarix

2016-03-01 10:25:48

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook