Federasiyanın növbəti seminarları keçirilib

Azərbaycan Kyokuşinkaykan Karate Federasiyasının Siyəzən, Bərdə və Qaradağ rayonlarında seminarları keçirilib. Olimpnews.az saytının məlumatına görə, Siyəzən rayon dörd saylı liseyin idman zalında təşkil olunan və 56 karateçinin iştirak etdiyi seminara birinci dan kara kəmər ustası Əlixan Əliyev rəhbərlik edib. Tədbirdə iştirak edən federasiyanın prezidenti Teyyub Əzizov idmançıları salamlayaraq belə seminarların keçirilməsinin vacibliyini vurğulayıb. O, hazırda Azərbaycanda karatenin inkişaf etdiyini, bu növdə mübarizə aparan idmançılarımızın beynəlxalq turnirlərdə yüksək nəticələr qazandığını deyib.

Bərdə rayonunda keçirilən seminara federasiyanın texniki direktoru, beşinci dan qara kəmər ustası Kərim Mahmudov rəhbərlik edib. Seminarda 50 karateçi kəmər imtahanı verib. Federasiyanın növbəti seminarı Qaradağ rayon Mədəniyyət evinin idman zalında təşkil olunub. Federasiyanın hakimlər kollegiyasının sədri, üçüncü dan qara kəmər ustası Rüstəm Umudovun rəhbərliyi altında keçirilən seminarda 60 idmançı iştirak edib.



Bu yazı

6731 dəfə oxunub

Tarix

2016-03-01 16:36:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook