Jurnalistlər və "Azəryol" klubu rəhbərliyinin iştirakı ilə voleybol yarışı keçiriləcək

İdman Araşdırmalar Mərkəzi 2016-cı ildə ilk layihəsini "Azəryol" voleybol klubu ilə birgə martın 3-də həyata keçiriləcək. Olimpnews.az saytının məlumatına görə, bu mövsüm Avropa Voleybol Konfederasiyasının Kubokunda artıq yarımfinaladək irəliləyən Azərbaycan komandasının Rusiyanın "Dinamo" (Krasnodar) klubu ilə oyunlarından öncə jurnalistlərlə görüşü təşkil olunacaq.

Tədbir 5 mart - Bədən Tərbiyəsi və İdman günü, 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunacaq. Jurnalistlər klubun rəhbərliyi və voleybolçuları ilə yaxından tanış olacaq, onlara Krasnodar səfəri öncəsi mənəvi dəstək verəcəklər.

Daha sonra media nümayəndələrindən formalaşmış 3 komanda (Televiziyaçılar, Qəzetçilər, Sayt əməkdaşları) və "Azəryol" rəhbərliyindən ibarət kollektiv arasında mini-turnir keçiriləcək. Turnirə Azərbaycan Voleybol Federasiyası tərəfindən də dəstək veriləcək. Yarış məhz federasiyanın zalında təşkil olunacaq və oyunları qurumun hakimləri idarə edəcək.

Qeyd edək ki, tədbir saat 17:30-da başlanacaq.


Bu yazı

24493 dəfə oxunub

Tarix

2016-03-01 17:11:18

Yazını

Çap et

Yazını

Paylaş