Bakıda keçiriləcək “Formula-1”-in Avropa Qran-prisi rusiyalı turistlər arasında popuylardır


"Travel.ru” turist servisi 2016-cı ildə Formula-1 yarışlarının üç mərhələsindən hansının rusiyalı turistlər üçün ən populyar olacağını müəyyən edib.

Olimpnews.az saytının məlumatına görə, Barselona, Soçi və Bakı rusiyalı avtoyürüş həvəskarlarının səfərləri üçün ən populyar istiqamətlərdir. Formula-1 yarışlarının iyirmi bir mərhələsi martın 20-dən noyabrın 27-dək keçiriləcək.

Rusiyalıların ən çox seyr etdiyi üç Formula-1 yarışı siyahısına İspaniya Qran–prisi (Barselona), Rusiya Qran-prisi (Soçi) və Avropa Qran-prisi (Bakı) daxildir.

Mayın 15-də Barselona Formula-1 yarışlarına ev sahibliyi edəcək. Otellərdə otaq saxlatdırma saytı "Otkogo.ru”nun məlumatına görə, Barselona istirahət günləri rusiyalı turistlərin ən çox səfər etdiyi 10 xarici şəhərdən biridir. Son illər Formula-1-in İspaniya Qran-prisini minə yaxın rusiyalı turist seyr edib. Yarış 1991-ci ildən Montmelodakı "Barselona-Katalunya” avtodromunda keçirilir. Mayın 13-də praktik yarışlara bileti 25 avroya, mayın 14-də kvalifikasiyaya – 43 avroya, mayın 15-də baş tutacaq yürüşün özünə isə 90 avroya bilet almaq mümkün olacaq.

Mayın 1-də Soçidə Formula-1-in Rusiya Qran-prisi baş tutacaq. "Travel.ru” saytının məlumatına görə, Soçi rusiyalıların ən çox sevdiyi kurort şəhəridir. Rusiyalı azarkeşlər, ilk növbədə, Daniil Kvyatın uğurlu çıxışını gözləyirlər. O, ötən il F1 podiumuna qalxmış "Red Bull Racing” komandasını təmsil edir. "Soçi avtodrom”una ən ucuz üçgünlük biletin (aprelin 29-dan mayın 1-dək) qiyməti 5 min rubldur. Bu bilet sahibi tribunada yer almır və pit-leynə girişi də olmur. Qiyməti 8300 rubl olan ikigünlük (30 aprel və 1 may) bilet alan azarkeş həm tribunalardan (T4 Grandstand) birində yer, həm də konsertə giriş imkanı qazanır. Dörd yürüş günü üçün isə (pit-leynlə keşid və F1 pilotunun avtoqrafı ilə birgə) biletin qiyməti 9800 rubldur.

İyunun 19-da Azərbaycan paytaxtında ilk dəfə Formula 1-in Avropa Qran-prisi keçiriləcək. "Otkogo.ru” saytının məlumatına görə, Bakı rusiyalı turistlərin səfər etdiyi MDB şəhərlərinin ilk beşliyinə daxildir. Yürüş paytaxtın mənzərəli guşələri, o cümlədən həm UNESCO-nun mühafizəsi altında olan İçərişəhərin, həm də şəhərin müasir hissəsinin silueti və Xəzər dənizi sahilinin gözəl görünüşü fonunda "Baku City Circuit”da keçiriləcək. İyunun 17-dən 19-dək üçgünlük biletin qiyməti 89 ABŞ dollarıdır. Bu bilet sahibləri sərbəst giriş zonasının müxtəlif nöqtələrindən yarışı izləyə biləcəklər. Tribunalardan birində oturmaq və konsert proqramına giriş imkanı verən biletin qiyməti isə 200 ABŞ dollarıdır.


Bu yazı

14619 dəfə oxunub

Tarix

2016-03-02 17:02:27

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook