“Azəryol” finala çıxa bilmədi


Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Olimpnews.az saytının məlumatına görə, finala gedən yolda Bakının "Azəryol” klubu Krasnodar "Dinamo”sunu qəbul edib. Görüş şimal qonşularımızın qələbəsi ilə başa çatıb. Ziya Rəcəbovun yetirmələri səfərdəki məğlubiyyətin əvəzini çıxıb, cütün taleyini "Qızıl set”ə daşımaq istəsələr də, alınmayıb.



CEV kuboku
12 mart
1/2 final mərhələsi, cavab oyunu
"Azəryol” (Azərbaycan) - "Dinamo” (Krasnodar, Rusiya) - 0:3 (17:25; 25:27; 17:25)
Hakimlər: David Qril (Sloveniya), Jenek Qrabovski (Çexiya)
Bakı, "Azərreyl” İdman Bazası
İlk oyun - 0:3



Bu yazı

8118 dəfə oxunub

Tarix

2016-03-12 19:48:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook