Beynəlxalq Qran-pri yarışlarında daha 3 idmançı mükafat qazanıb


Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-pri yarışları davam edir.

Olimpnews.az saytının məlumatına görə, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən beynəlxalq yarışda gənc oğlanlar arasında səngər stend atıcılığı üzrə yarışlar başa çatıb. Final yarışında Rusiya idmançısı Aleksey Alipov birinci, Türkiyə atıcısı Yavuz İlnam ikinci, rusiyalı Denis Zotov üçüncü yeri tutub. İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov təqdim edib.

Qeyd edək ki, "Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-pri yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-ni təmsil edən idmançılar yarışırlar. Azərbaycanı bu mötəbər turnirdə 26 idmançı təmsil edir.



Bu yazı

4960 dəfə oxunub

Tarix

2016-05-10 14:28:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook