Naxçıvanda Avropa çempionatı keçiriləcək


Mayın 20-28-də Naxçıvan Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında Avropa çempionatı keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, yarışda 21 ölkədən 200-yə yaxın atlet medallar uğrunda mübarizə aparacaq. Azərbaycan yığma komandası çempionatda geniş heyətlə – 27 idmançı (3 qadın, 24 kişi) ilə təmsil olunacaq. Komandanın baş məşqçisi Oktay Muxtarovdur.

Bu yarışın ölkəmizdə keçirilməsi barəsində qərar ötən ilin iyununda Uelsin Banqor şəhərində verilmişdi. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı.

Xatırladaq ki, 2012-ci ilin iyununda Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü ilin iyulunda isə Naxçıvanda veteranlar arasında dünya kuboku yarışları uğurla təşkil olunmuşdu.


Bu yazı

4914 dəfə oxunub

Tarix

2016-05-19 11:49:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook