“Shamkir Chess-2016” superturniri gələn həftə başlayacaq

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess-2016” superturnirinin açılış mərasiminin vaxtı müəyyənləşib. Olimpnews.az saytının məlumatına görə, "Synergy Group” ASC-nin dəstəyi ilə keçiriləcək mötəbər yarışın təntənəli açılış mərasimi mayın 25-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq.

Açılışdan sonra turnirin püşkatma mərasimi keçiriləcək. "Shamkir Chess-2016” ardıcıl üçüncü dəfədir təşkil olunur. Superturnirdə dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), eləcə də qrossmeysterlərdən Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Yifan Hou (Çin) iştirak edəcək. Azərbaycan yığmasının üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov da xatirə turnirində mübarizə aparacaqlar.

Qeyd edək ki, 9 turdan ibarət yarış iyunun 4-də başa çatacaq.



Bu yazı

11969 dəfə oxunub

Tarix

2016-05-20 11:14:22

Yazını

Çap et

Yazını

Paylaş