Stolüstü Tennis Federasiyasının idman xronikası


"Şüa” İdman Sağlamlıq Mərkəzində Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə veteranlar arasında turnir keçirilib. Olimpnews.az saytının məlumatına görə, yarışda 50-ə yaxın veteran tennisçi mübarizə aparıb.

Gərgin mübarizə həraitində keçən yarışda qadınlar arasında Xəyalə Qiyasova birinci yerə layiq görülüb. Sevinc Abbasova və Məxluqə Nəsirova müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. Kişilər arasında 40-49 yaş qrupu üzrə Yevgeni Talalayko bütün rəqiblərindən üstün olub. Mehman Səmədov ikinci, Vaqif Məmmədov üçüncü yerə sahib çıxıb. 50-59 yaş yaş qrupu üzrə yarışlarda İlham Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Valeh Musayev ikinci, Əsgərqulu Heydərli isə üçüncü yerə layiq görülüb. 60 və yuxarı yaş qrupu üzrə Tahir Xudiyev I, Niyaz Hüseynov II, Səxavət Heydərov IIII yeri tutub.

***

Mayın 15-17-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin II Milli Oyunları çərçivəsində stolüstü tennis üzrə sağlamlıq imkanları məhdud uşaqlar arasında respublika seçmə yarışları keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi ilə təşkil olunan turnir 2017-ci ildə keçiriləcək beynəlxalq yarışlara seçmə xarakteri daşıyıb. Yarışda 15 qız və 40 oğlan iştirak edib. Maraqlı mübarizə şəraitində keçən yarışda ümumi komanda hesabında birinci yerə Şəki Regional Proqramı layiq görülüb. Xəzər rayonu 2 saylı ümumi orta internat məktəbi ikinci, Qaradağ rayonu 9 saylı xüsusi internat məktəbi isə üçüncü yerə sahib çıxıb.


Bu yazı

5634 dəfə oxunub

Tarix

2016-05-20 11:42:52

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook