Millimiz Avropa çempionatını 1 dəst medalla başa vurdu


Avropa Taekvondo Birliyi tərəfindən İsveçrənin Montrö şəhərində təşkil olunan Avropa çempionatı başa çatıb.

Olimpnews.az saytının məlumatına görə, qitənin 48 ölkəsindən 387 taekvondoçunun mübarizə apardığı yarışda yığmamız 17 idmançı ilə təmsil olunub.

"Saatlar ölkəsi”ndə təşki olunan qitə çempionatında dünya, Avropa çempionatlarının və birinci Avropa Oyunlarının qalibi, dünya kubokunun sahibləri, Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Radik İsayev (+ 87 kq), habelə Milad Beigi Herçeqani (80 kq), Ayxan Tağızadə (68 kq), Məhəməd Məmmədov, Sina Bahrami (hər ikisi 63 kq), Səid Quliyev və Namaz Heydərov (hər ikisi 74 kq), Məcid Sofiyev, İlham Əliyev (hər ikisi 54 kq), Məmmədalı Quliyev (58 kq), Ramin Əzizov (80 kq) və Payam Qubadi Oğaz (87 kq) yarışıblar.

Qadınlardan ibarət millimizin heyətində isə Fəridə Əzizova (67 kq), Patimat Abakarova (53 kq), Gülxanım Yeşildal (53 kq), İlayda Kardelen Çiftçi (46 kq) və Yaprak Eriş (62 kq) çıxış ediblər. 17 idmançı ilə yarışan komandamız 3 medala layiq görülüb.

Belə ki, Milad Beigi Herçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) isə gümüş medala yiyələnib. Payam Qobadi Oğaz isə qitə mübarizəsini bürünc medalla başa vurub. Avropa çempionatında ölkəmizi hakim qismində Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edib.


Bu yazı

5580 dəfə oxunub

Tarix

2016-05-24 09:43:23

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook