Təmsilçimiz növbəti qələbəsini qazandı

Azərbaycanın və "Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

Olimpnews.az saytının məlumatına görə, təmsilçimiz Moskvada keçirilən qarışıq döyüş növləri (MMA) üzrə "Fight Nights Global 48” turnirində uğurla çıxış edib. O, "Qran-pri Fight Nights” yarışının birinci yarımfinalında İslam Beqidov ilə üz-üzə gəlib. 70,3 kiloqram çəki dərəcəsində baş tutan döyüşdə idmançımız rusiyalı rəqibini məğlub edib. N.Abbasov 3 raund davam edən gərgin görüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu qələbə ilə təmsilçimiz Qran-prinin finalına vəsiqə qazanıb. Bu, onun MMA-da keçirdiyi 14-cü döyüşdə qazandığı 12-ci qələbədir.

Xatırladaq ki, idmançımız yarışın 1/4 final mərhələsində digər rusiyalı Nikolay Qaponovu məğlub etmişdi.


Bu yazı

5867 dəfə oxunub

Tarix

2016-05-27 13:09:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook