Formula-1-ə dəstək yarışları başa çatıb


Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Formula-1 yarışlarına dəstək" aksiyası çərçivəsində Bakı şəhər məktəbliləri arasında keçirilən velosiped idmanı üzrə birinciliyə yekun vurulub. 

Olimpnews.az saytının məlumatına görə, final mərhələsi Ağ Şəhər Bulvarında təşkil edilən yarışda rayon birinciliklərində ilk 3 yeri tutan 36 komanda mübarizə aparıb.

Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət olan komandalar estafet sistemi üzrə mübarizə aparıblar. Nizami rayonu 251 saylı orta məktəbin komandası ən yaxşı vaxt göstəricisi ilə çempion adını qazanıb. Xətai rayonu 29 saylı orta məktəbin komandası 2-ci olub. İlk üçlüyü Səbail rayonu 132 saylı orta məktəbin velosipedçiləri tamamlayıblar.

Mükafata layiq yerlər tutan kollektivlər medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.





Bu yazı

15735 dəfə oxunub

Tarix

2016-05-31 11:12:45

Yazını

Çap et

Yazını

Paylaş