Bakı şəhər halqası yarışa hazırdır




Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Formula-1 üzrə Avropa Qran-prisindən əvvəl KİV nümayəndələri ilə görüşüb.

Olimpnews.az saytının məlumatına görə, Ç.Vaytinq halqanın hazır vəziyyətə gəlməsinin çətin iş olduğunu vurğulayıb: " Sonuncu dəfə Bakıya gəlməyimdən 1 ay keçib və bu müddətdə xeyli iş görülüb. Şəhərdə nəqliyyat vasitələri hərəkət etdiyinə görə halqaya baxışı həyata keçirmək üçün bizə 45 saat vaxt lazım olur. Bütün halqa boyu müxtəlif yerlərə nəzər yetirdik. Bəzi xırda məsələlər var ki, bunları tam hazır vəziyyətə gətirmək lazımdır. Ancaq əməl olunmuş standartlar olduqca yüksək səviyyədədir".

FİA rəsmisi işlərin plan üzrə getməsindən məmnunluq ifadə edib. O, havanın dəyişəcəyi, yağış yağacağı təqdirdə, baş verə biləcək hadisələrdən danışıb: "Yağış yağsa belə, yürüş baş tutacaq. Təkərlər qalındır və onlar hər bir sürtküyə tab gətirir. Düzdür, yağış çətinlik yaradır. Yalnız bir halda xoşagəlməz hadisə baş verə bilər. O da güclü leysan yağarsa, havaya nəzarət edən heyət qərar çıxaracaq. Yolda hər hansı bir dəlik olursa, onu ya qapaqla örtürlər, ya da tamam asfaltlayırlar. Bu isə təhlükənin olmaması üçündür".

"Təhlükəsizlik tədbirləri görülüb və bundan məmnunam. Son iki ildə biz bütün təhlükəsizlik məsələlərini müzakirə etmişik. 8-11-ci döngələr hissə trekin ən nazik hissəsidir. Hər hansı qəza baş verərsə, künclər iti deyil, mailidir. Bu səbəbdən maşınların qarşısını kəsəcək amil yoxdur. Həmin hissədə də sürət aşağı olur" - deyə, Ç.Vaytinq bildirib.

Qeyd edək ki, "Formula-1" üzrə Avropa Qran-pri yarışları bu il iyunun 17-19-da Bakının mərkəzi küçələrində keçiriləcək.





Bu yazı

7754 dəfə oxunub

Tarix

2016-06-07 11:36:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook