Muay-tay üzrə Azərbaycan çempionatı keçiriləcək


10-12 iyun tarixlərində Hövsan İdman Kompleksində muay-tay üzrə 7-ci Azərbaycan çempionatı keçiriləcək. Qeyd edək ki, çempionat AGİN-in 2016-cı il İdman-Təqvim planına əsasən keçirilir.

Olimpnews.az saytının məlumatına görə, turnirin keçirilməsində məqsəd ölkə seçmə komandalarının, həmçinin, sentyabr ayında Tailanda keçiriləcək gənclərin Dünya çempionatında iştirak edəcək komandanın tərkibini müəyyənləşdirmək və idmançıların ustalığını artırmaqdan ibarətdir. Yarışda müxtəlif çəki dərəcələrində AMF üzvü olan kişilər, gənclər və yeniyetmələr iştirak edəcəklər.

Birincilik Beynəlxalq Həvəskar Muay-tay Federasiyasının qaydalarına əsasən keçirilir.

Çempionatda fəxri kürsüdə yer tutan idmançılar diplom və medallarla mükəfatlanacaqlar. Həmçinin, 1-2-ci yerləri tutanlar Respublika seçmə komandasının tərkibinə daxil olacaqlar.


Kənan Novruzov

Bu yazı

8463 dəfə oxunub

Tarix

2016-06-10 15:52:16

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook