İdmanda qeyri-adi hadisələr




Həyatda, idmanda, ümimiyyətlə, bizi əhatə edən ətraf aləmdə mütamadi olaraq qəribə və maraqlı hadisələr baş verir. Bizi təəccübləndirən bu hadisələrdən insan həyatı üçün təhlükəlisi də olur, xoş sonluqla bitəni də. Əsas odur ki, baş verən çətin məqamlarda insan öz sayıqlığını itirməsin və bu vəziyyətdən çıxış yolu tapmağı bacarsın. Necə ki, "olimpnews.az” təqdim etdiyi bu idman hadisələrində olduğu kimi.

Bir müddət əvvəl "Boğazı kəsilən qapıçı” və "Ata övladını necə xilas etdi” adlı hadisələrdən bəhs etmişdik.



Dələduzluqdan məşhurluğa

Neçə illər bundan əvvəl bir olimpiadanın açılışında Böyük Britaniya idmançısı SSRİ idmançıları ilə şəkil çəkdirmək istəmişdi. Onlar isə buna yarıkönül razılıq vermişdilər, yəni istəməyərək. Halbuki həmin ingilis idmanşçı sonralar dünyanın məşhur adamlarından biri olacaqdı.

Bu hadisə 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərində keçirilən XXIV Yay Olimpiya Oyunlarında baş verib. Həmin idmançı isə sonralar çox məşhur olan Ceyson Maykl Stethem idi. Kino həvəskarları onu bir çox məşhur filmlərdən yaxşı tanıyırlar. Tanınmış rejissor Qay Riçinin "Kart, pul və iki süngü”, "Revolver”, "Adrenalin”, "Daşıyıcı”, "Cəhənnəm mələkləri” və s. filmlərində rol alan Ceyson Stethem bir vaxtlar suya tullanma üzrə yığma komandanın üzvü kimi ölkəsini yarışlarda təmsil edirdi.



Əslində, onun məşhurluğa gedən yolu çox çətin olub və bu yol idmandan keçib. Belə ki, Ceyson Stethemin boksçu və gimnast olan atası məktəbdə dərs oxumağı sevməyən Ceysona yorulmadan idman elətdirirdi. Məktəbli Ceyson sonralar peşəkar üzgüçü olmağı bacardı və qardaşı kimi döyüş növləri ilə ciddi maraqlanmağa başladı.
Valideynlərinin gəliri az olduğundan balaca Ceysonu istənilən yolla pul qazanmağa vadar edirdilər. 9 yaşı olanda Ceyson hətta dostları arasında oğru və dələduz kimi də ad çıxarmışdı.


Ceyson Maykl Stethem 1967-ci il sentyabrın 12-də Londonda dünyaya göz açıb. Atası müğənni, anası rəqqasə olsa da, valideynlərinin daimi iş yeri olmayıb. Təsadüfı qazancla dolanan valideynlər övladlarını hələ kiçik yaşlarından istənilən yolla pul qazanmağa məcbur ediblər. 

Və bu da HƏYATIN tələbi. Nəticə isə çoxlarını arzu etdiyi MƏŞHURLUQ.

Ceyson Stethem 30-dan çox filmə çəkilib və oynadığı rollar kinotənqidçilər tərəfindən həmişə yüksək qiymətləndirilib. Stethemin çəkildiyi "Parker" filmində Cennifer Lopes də rol alıb.





Səadət Hakıyeva









Bu yazı

12259 dəfə oxunub

Tarix

2016-06-14 17:52:50

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook