Niko Rosberq fəqrləndi




İyunun 17-dən 19-dək Bakıda "Formula-1” üzrə Avropa Qran-pri yarışları keçirilir.

İyunun 18-də sıralama yarışı baş tutub. Bir saat davam edən yürüşdə 11 komandanın 22 pilotu iştirak edib.
Pilotlar öz bolidləri ilə 6 kilometrlik Bakı trekində sabahkı sıralamanı müəyyənləşdirməyə çalışıblar. Ən yaxşı göstəriciyə "Mercedes”in pilotu Niko Rosberq imza atıb. Almaniyalı idmançı sabah yarışa ilk pillədə başlayacaq. Onun komanda yoldaşı Luis Hamilton qəza törətdiyindən yarışa 10-cu yerdə start götürəcək.

"Force İndia”nın pilotu Serxio Peres ikinci, "Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo isə ən yaxşı üçüncü göstəriciyə imza atıb.





Bu yazı

17150 dəfə oxunub

Tarix

2016-06-18 21:03:22

Yazını

Çap et

Yazını

Paylaş