Bakıda atıcılıq üzrə Dünya kuboku keçirilir




Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının təqvim planina əsasən Bakıda atıcılıq növü üzrə dünya kuboku yarışı başlayıb.

Bakı Atıcılıq Mərkəzində keçirilən dünya reytinq cədvəlində xüsusi yer tutan yarışda 80 ölkədən 1013 idmançı mübarizə aparır. Dünya kuboku Rio-2016 Yay Olimpiya Oyunları ərəfəsində son mərhələ yarışıdır.
İyunun 29-da başa çatacaq dünya kuboku yarışı Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və "Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə təşkil olunub.
Sentyabrın 16-23-də isə "Qəbələ” atıcılıq klubunda Olimpiya atıcılıq növləri üzrə dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.



Bu yazı

7285 dəfə oxunub

Tarix

2016-06-21 12:27:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook