FİVB məşqçilərə seminar keçir


Bakıda FİVB məşqçilərinin II kateqoriyası üzrə kursu keçirilir. Olimpnews.az saytının məlumatına görə, seminarda 13 xarici, 18 yerli mütəxəssis iştirak edir.

Yerlilər arasında ölkədən kənarda da kifayət qədər tanınmış veteranlar yer alıblar. Belə ki, seminara millimizin keçmiş voleybolçuları Alla Həsənova, İnessa Qorxmaz, Oksana Məmmədyarova, həmçinin hazırda yığmalarımızda və klublarımızda çalışan Aleksandr Çervyakov, Fərid Cəlalov və Ziya Rəcəbov kimi çalışdırıcılar qatılıblar.

Kursun direktoru türkiyəli Nejat Sancakdır və ona slovakiyalı Peter Kalni köməklik edir.

N. Sancak dərslərin yüksək səviyyədə keçdiyini vurğulayıb: "Bakı bizim üçün doğma şəhərdir, ona görə heç bir çətinlik yoxdur. Bakıda 25-26 iyunda Azərbaycan – Yunanıstan milliləri arasında Avropa Liqasında yarımfinal oyunu oynayacaq. Bizdə bu oyunu canlı olaraq izləyəcəyik və bu iştirakçılar üçün daha da maraqlı olacaq. Sonda iştirakçılar imtahan verərək, "Beynəlxalq məşqçi sertifikatı” alacaqlar. Bu cür seminarların keçirilməsi yerli məşqçilər üçün böyük fürsərdir”.






Bu yazı

16523 dəfə oxunub

Tarix

2016-06-22 17:12:01

Yazını

Çap et

Yazını

Paylaş