Bakıda atıcılıq üzrə Dünya kuboku başa çatıb




Bakı Atıcılıq Mərkəzində 15 Olimpiya atıcılıq növü üzrə keçirilən Dünya Kuboku yarışı iyunun 28-də başa çatıb. İdmançlar yarışın sonuncu günündə daha iki medal dəsti uğrunda mübarizə aparıblar. 

"Olimpnews.az” AzərTAC-a istinadən xəbər verir ki, kişilərin 3 vəziyyətdə 50 metr məsafədəki hədəflərə tüfəngdən atəş açma yarışında xorvatiyalı idmançı fərqlənib. Peter Qorsa 457,5 xalla bütün rəqiblərini qabaqlayıb. Hindistanlı Racput Sanjeyev ikinci olub. O, 456,9 xal toplayıb. Bürünc medal isə 445,5 xal toplayan Xim Hionjuna (Koreya Respublikası) qismət olub.
Kişilər arasında stend atıcılığı yarışında rusiyalı Nikolay Tepliy qızıl medal qazanıb. O, finalda misirli Azmi Mehilbanı məğlub edib. İtaliyalı Tamaro Kasandro bürünc medal əldə edib. O, üçüncülük uğrunda görüşdə misirli Mustafa Həmdidən daha sərrast olub.

Sonra qaliblərə medallar və qiymətli hədiyyələr təqdim edilib.

Dünya Kubokunun Bakı mərhələsində güllə atıcılığı üzrə idmançılar 10, stend atıcılığı üzrə isə 5 dəst olmaqla ümumilikdə 15 dəst mükafat uğrunda mübarizə aparıblar. Mükafat uğrunda 80 ölkədən 640 atıcı iştirak edib.

Azərbaycan Atıcılıq Federasiyası tərəfindən təşkil edilmiş yarışlar Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, habelə "Qəbələ” atıcılıq klubunun dəstəyi ilə keçirilib.



Bu yazı

7252 dəfə oxunub

Tarix

2016-06-29 12:09:32

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook