Federasiyanın yeni vitse-prezidenti seçilib


Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin növbədən kənar iclası keçirilib.

Olimpnews.az saytının məlumatına görə, federasiyanın prezidenti Nadir Nəsibovun iştirakı ilə keçrilən iclasda qurum rəhbərliyində yeni təyinat olub. Belə ki, Milli Olimpiya Komitəsnin Aparat rəhbərinin kömkəçisi Həsənağa Rzayev Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Həsənağa Rzayev saytımızın əməkdaşına bildirib ki, gələn il ölkəmiz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu mötəbər idman tədbirinə hazırlıq yüksək səviyyədə gedir. Oyunlarda basketbolçularımız da iştirak edəcəklər. Yığma komandamızın həmin yarışa hazırlığı məqsədilə bir sıra yeniliklər nəzərdə tutulub. U-16 yığma komandamızın inkişafı federasiya rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. Məqsəd gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq və 16 yaşadək idmançıların yetişdirilməsinə diqqətin artırılmasıdır”.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Rəyasət Heyətinin qərarı ilə yığma komandaya yeni baş məşqçi təyin olunub. Belə ki, Elxan Əliyev kişilərdən ibarət milli komandanın baş məşqçisi vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifəyə Samit Nuruzadə təyin olunub.



Bu yazı

49247 dəfə oxunub

Tarix

2016-07-01 17:01:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook