Serena və Marrey qalib oldu




Londonda keçirilən mövsümün üçüncü "Uimbldon” tennis çempionatında qadınlar arasında fərdi yarışlarda ABŞ tennisçisi Serena Uilyams yarışın qalibi olub.

S.Uilyams almaniyalı Anqelike Kerberi ümumi hesabda 2-0 məğlub edərək "Uimbledon”da 7-ci, karyerasında isə "Grand slam” silsiləsindən 22-ci qələbəsini qeyd edib. S.Uilyams bu nəticə ilə almaniyalı Steffi Qrafın rekordunu təkrarlayıb.

S.Uilyams 4 saatdan sonra eyni kortda cütlüklərin yarışında ikinci çempionluğu qeyd edib. Belə ki, cütlüklərin final mübarizəsində Serena və Venus Uilyams bacıları Timea Babos və Yaroslava Şvedova cütlüyü ilə mübarizə aparıblar. Uilyams bacıları rəqiblərinə setlər 6-3 və 6-4 olmaqla ümumi hesabda 2-0 qalib gəliblər.

"Grand slam” turnirlərində ümumilikdə 13-cü çempionluqlarını qeyd edən Uilyams cütlüyü 2012-ci ildəki "Uimbledon”dan sonra ilk qələbələrini qazanıblar.
Uilyams bacıları 350 min funt sterlinq pul mükafatının sahibi olublar.
Həmin yarışda kişi tennisçilər arasında fərdi yarışların qalibi adını britaniyalı tennisçi Endi Marrey qazanıb. O, finalda kanadalı Miloş Raoniçi 3 setdə (6-4, 7-6 (7/3), 7-6 (7/2)) məğlub edərək ikinci dəfə bu turnirin qalibi olub.

Qeyd edək ki, bu, Endi Marreyin 2010-ci ildə "ABŞ Open” və 2013-cu ildə Uimbldon turnirlərindəki qalibiyyətindən sonra üçüncü belə uğurudur.




Bu yazı

5948 dəfə oxunub

Tarix

2016-07-11 17:22:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook