Şəhriyar Məmmədyarov dəstək olmağa çağırıb




Şahmat üzrə Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov idmansevərləri bu ilin sentyabrında Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında yığmamıza dəstək olmağa çağırıb.

"Olimpnews.az” Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadən xəbər verir ki, şahmatçımız bu tədbirin Azərbaycanda təşkil edilməsindən qürur duyduğunu və yarışda dünyanın 170 ölkəsindən zəka sahibinin yarışacağını deyib. O, ölkə şahmatçılarının bu mötəbər tədbirə məsuliyyətlə hazırlaşdıqlarını diqqətə çatdıraraq onların yaxşı nəticələr əldə edəcəklərinə əminliyini ifadə edib. Ş.Məmməyarov idmansevərləri ölkəmizdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında yığmamıza dəstək olmağa çağırıb.


"Olimpnews.az”




Bu yazı

16006 dəfə oxunub

Tarix

2016-07-12 16:37:37

Yazını

Çap et

Yazını

Paylaş