Federasiyada IV İslam Həmrəylik Oyunları ilə bağlı görüş keçirilib


Dördüncü İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi ilə görüşüblər.

Olimpnews.az saytının məlumatına görə, federasiyanın prezidenti Yaşar Bəşirov milli komandamızın İslam Həmrəylik Oyunlarında qazandığı uğurlar barədə məlumat verib, qarşıdakı mötəbər yarışa ciddi hazırlıq işlərinin görüldüyünü bildirib. O qeyd edib ki, üç il əvvəlki Oyunlarda Azərbaycan karateçiləri komanda yarışında birinci olublar. Oyunların Təşkilat Komitəsinin idman bölməsinin rəhbəri Mark Honeybun qarşıdakı mötəbər idman yarışı üçün yüksək hazırlıq işlərinin aparıldığını deyib.

Xatırladaq ki, dördüncü İslam Həmrəylik Oyunlarında karate yarışları yalnız fərdi çəkilərdə təşkil ediləcək. 2013-cü ildə İndoneziyada təşkil edilən turnirdə isə komanda görüşləri də keçirilmişdi.

Bakıda IV İslam Həmrəylik Oyunlarının karate yarışları bu mötəbər turnirin ilk günlərində - mayın 13-14-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.



Bu yazı

4786 dəfə oxunub

Tarix

2016-07-14 17:51:20

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook