“Apple” şirkətinin varisi atları çox sevir




"Apple” şirkətinin yaradıcısı Stiv Cobsun qızı Yeva atçılıq idmanı ilə məşğul olur.

"Olimpnews.az" xarici mətbuata istinadən xəbər verir ki, Stiv Cobsun varisi atcılıq idman növü ilə məşğul olur və artıq bu sahədə bir çox uğurlar əldə edib. Bu yaxınlarda məktəbi yenicə bitirən Yeva bir neçə yarışda iştirak edib. O yarışdan əvvəl verdiyi müsahibəsində deyib ki, yarışlar və müsabiqələr insanlarla tanış olmaq üçün əla vasitədir. Yeva Cennifer Qeyts, Destri Allen Spilberq kimi varlı ailələrin övladları at yarışlarında birgə iştirak etdiklərini deyib.
Stiv Cobsun kiçik qızı tez-tez Florida 15 milyon dollarlıq qiyməti olan atçılıq fermasında məşq edir. Atcılıq fermasının Florida ştatında alınması isə təsadüf deyil. Belə ki, Florida çaparların ən çox sevdiyi yeridir. Bill Qeyts və Brüs Sprinqstin kimi nüfuzlu insanlar də atcılıq idman növünə böyük maraq göstərirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, Stiv Cobsun qızı Floridada onlarla qonşudur.
Xatırladaq ki, "Apple” şirkətinin yaradıcısı Stiv Cobs beş il əvvəl xərçəng xəstəliyindən 57 yaşında dünyasını dəyişib.




Bu yazı

20551 dəfə oxunub

Tarix

2016-07-15 14:16:15

Yazını

Çap et

Yazını

Paylaş