Stolüstü tennisçilərimizdən Avropa birinciliyində 4 medal


Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr və gənclər arasında stolüstü tennis üzrə Avropa birinciliyi Azərbaycan millisi üçün uğurlu olub.

Olimpnews.az saytının məlumatına görə, millimiz gənclərin şəxsi yarışlarında gümüş, yeniyetmələrin şəxsi mübarizəsində isə bürünc medal qazanıb. Yeniyetmələrin qarışıq qoşa yarışlarında isə tennisçilərimiz üçüncü yeri tutublar.

46 ölkədən idmançıların iştirak etdiyi qitə birinciliyində yeniyetmə oğlanlardan ibarət Azərbaycan yığma komandası Avropa birinciliyində üçüncü yeri tutub. Komanda yarışlarında yeniyetmə qızlarımız 9-cu yeri, gənc qızlarımız isə 5-ci yerə sahib olublar.

Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticə əldə edən millimiz Vətənə 4 medalla qayıdır.


Bu yazı

5330 dəfə oxunub

Tarix

2016-07-18 16:27:30

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook