Yığmamız Gürcüstan kubokunu qazandı


İyulun 12-dən 18-dək Lentexidə idman dırmanması üzrə açıq Gürcüstan çempionatı keçirilib. Olimpnews.az saytının məlumatına görə, Azərbaycanın idman şərəfini yığma komandamızın 7 üzvü - Aysel Sultanova, Çingiz Tağızadə, Rinat Rəhimxanov, Leyla Əhmədova, Sima Səfərova, Fərid Şahbazov, Gülbala Səfərov qoruyub.

Çətinlik və sürət üzrə keçirilən yarışda komandamızın üzvləri uğurla çıxış ediblər. Komandamız ümumi hesabda birinci pillədə qərarlaşaraq Gürcüstan kubokuna sahib olub.

Çətinlik üzrə yarışlarda Rinat Rəhimxanov və Leyla Əhmədova bürünc medal qazanıblar. Sürət üzrə komanda yarışlarında yığmamız ikinci olub. Sürət üzrə qayayadırmanma yarışlarında isə Çingiz Tağızadə ikinci, Fərid Şahbazov üçüncü pillədə qərarlaşıblar.



Bu yazı

34110 dəfə oxunub

Tarix

2016-07-19 18:01:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook