Dünya çempionu pərəstişkarları ilə görüşdü


Bu gün azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov mətbuat konfransı keçirdi. Olimpnews.az saytının məlumatına görə, Peşəkar kikboksinq turnirində "WBC Muaythai" versiyası üzrə dünya çempionumuz jurnalistlərin suallarını cavablandırdı.

Bir neçə gün əvvəl ölkə Prezidenti İlham Əliyevlə görüşü haqda danışan Zabit Səmədov buna çox sevindiyini vurğuladı: «Bu vaxta qədər çoxsaylı döyüşlər keçirmişəm. Əksəriyyətində yüksək nəticələr qazanmışam. Dünya çempionu kimi Vətənə qayıtdıqdan sonra cənab Prezidentlə görüşdüm. Etiraf edim ki, bu görüşü çoxdan gözləyirdim. Cənab Prezident məni qələbə münasibətilə təbrik etdi. İnşallah növbəti döyüşlərdə də Prezidentimizin mənə olan ümidlərini doğruldacağam».

Mətbuat konfransı başa çatdıqdan sonra idmançı pərəstişkarlarına avtoqraf verdi və onlarla şəkil çəkdirdi.





Bu yazı

5699 dəfə oxunub

Tarix

2016-09-08 19:37:52

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook