“Formula-1”-də qəribə hadisə




"Formula-1” yarışları üzrə Sinqapur Qran-prisində maraqlı hadisə yaşanıb.

Yarış zamanı trassa böyük kərtənkələ çıxıb. Bu barədə "Red Bull”un pilotu Maks Ferstappen komanda ilə radio əlaqə zamanı bildirib.

"McLaren”in pilotu Fernando Alonso da sosial şəbəkədə canlıların yola çıxmasından söz açıb. O, Kanadada keçirilmiş Qran-pridə küçə itlərinin trasa çıxdığını yazıb.

Bu cür hadisələrə digər Qran-prilərdə də mütəmadi rast gəlinir. Avstriyada maral, Malayziyada ilan, Azərbaycanda keçirilmiş Avropa Qran-prisində isə pişik pilotlara mane olub. Bundan əlavə bəzi Qran-prilər zamanı da heyvanların yola çıxmaları müşahidə olunur.

Qeyd edək ki, Bakı "Formula-1” üzrə Qran-pri yarışlarına bu il iyunun 17-19-da ev sahibliyi edib.




Bu yazı

18400 dəfə oxunub

Tarix

2016-09-20 10:31:59

Yazını

Çap et

Yazını

Paylaş