“Lord” planetin ən güclüsü olmaq əzmindədir




Sentyabrın 23-də Çinin paytaxtı Pekin şəhərində kikboksinq üzrə dünyada ən güclü səkkiz idmançının mübarizəsinə start veriləcək. Ölkəmizin ilk dəfə iştirak etdiyi bu yarışda "planetin ən güclü”sü müəyyən ediləcək. Peşəkar kikboksçumuz, DİN İC yetirməsi, "lord” ləqəbli Ramal Aslanov da qüvvəsini sınayacaq.

Yarışdan əvvəl Ramal Aslanov və onun məşqçisi və eyni zamnada kokboksinq üzrə yeniyetmə və gənclər üzrə yığma komandamızın baş məşqçisi Hakim Hacıyevlə görüşüb, onların "olimpnews.az” saytı üçün üçün yarışla bağlı fikirlərini öyrəndik.

«İnanıram ki, Ramal "Lord” olduğunu sübut edəcək»

Hakim Hacıyev,
Əməkdar məşqçi:

”İlk növbədə onu deyim ki, ölkəmiz ilk dəfədir ki, bu yarışda iştirak edir. Sevinirəm ki, Azərbaycanı belə mötəbər yarışda məhz məhz mənim tələbəm Ramal Aslanov təmsil edəcək. Çində keçiriləcək yarış digərlərindən çox fərqlənir, burada dünyanın ən güclü səkkiz idmançısı mübarizə aparacaq.

Gündə iki dəfə məşq edirik. Ramal bu yarışdan sonra oktyabrın 22-dən 30-dək Sloveniyada təşkil ediləcək daha bir məsuliyyətli yarışda iştirak edəcək. Ona görə də hazırlığa çox ciddi diqqət yetiririk. Peşəkar, təcrübəli idmançı kimi ona çox inanıram və etimadım böyükdür. Bacardığım qədər ona yarışlara hazırlıq prosesində yardım edirəm. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, vitse-prezident Güloğlan Cabbarov da Ramal Aslanova diqqət və qayğı göstərir, dəstək olurlar. İnanıram ki, yetirməm bu inamları doğruldacaq. "Lord”un rəqibləri çox güclü idmançılardır. Amma onun bu yarışdan qələbə ilə qayldacağına inamım böyükdür. Ramal "Lord” olduğunu mütləü sübut edəcək."



«Qələbəyə inanıram»

Ramal Aslanov,
Kikboksinq ustası:

"Məşqçim Hakim Hacıyevin rəhbərliyi altında böyük əzmlə bu yarışa hazırlaşırıq. Bu, çox ciddi sınaqdır. Rəqiblərimin hər biri kifayət qədər məşhur və təcrübəli idmançılardır. Amma mən qələbəyə inanıram. Düzdür, rəqiblərimin heç biri ilə indiyə kimi qarşılaşmamışam, taktikalarına bələd deyiləm. Amma bilirəm ki, onların əksəriyyətinin ayaq zərbələri güclüdür. Mənim əl zərbələrim daha qüvvətlidir. Zənnimcə, bu amil mənə dəstək ola bilər. Əgər bu döyüşdə qalib gəlsəm, növbəti mərhələyə vəsiqə qazanacam. Final qarşılaşmaları isə 4 ay sonra keçiirləcək. Əsas texniki-taktiki hazırlığıma fikir verirəm, psixoloji maneəni isə bir peşəkar kimi çoxdan keçmişəm. Əgər finala kimi irəliləyib, orada da qalib olsam, yəqin ki, bunu karyeramın ən böyük uğuru olacaq.”

Qeyd edək ki, nümayəndə heyətimiz ayın 21-də Çinə yola düşəcək.



Kənan Novruzov






Bu yazı

5651 dəfə oxunub

Tarix

2016-09-20 16:32:09

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook