Boksçu rinqdə həyatını itirdi




Orta çəkidə çıxış edən britaniyalı boksçu Mayk Touell Deyl Evans ilə döyüş zamanı aldığı zədələrdən dünyasını dəyişib.

Bu barədə "Daily Mail” qəzeti yazıb. Qarşılaşma oktyabrın 1-də Britaniyanın Qlazqo şəhərində keçirilib. Touell görüşün beşinci raundunda ağır nokauta düşüb və rinqi xərəkdə tərk edib. Daha sonra tibbi personalın yardımı ilə xəstəxanaya aparılıb.

Boksçunun meneceri məlumat verib ki, idmançı ciddi zədə alıb və yalnız süni nəfəs aparatı ilə nəfəs ala bilib. Şənbə günü o, 26 yaşında vəfat edib.

Mərhum boksçu, Evansla döyüşə qədər peşəkar rinqdə 1 heç-heçə olmaqla 11 qələbə qazanıb.





Bu yazı

20056 dəfə oxunub

Tarix

2016-10-03 11:11:32

Yazını

Çap et

Yazını

Paylaş