Evində huşsuz tapılıb




Qarışıq döyüş sənətinin mahir ustalarından olan Coş Samman şəxsi evində huşsuz vəziyyətdə tapılıb.

Onun evindən həmçinin rinq aparıcısı Troya Kirkinburqun cəsədi də tapılıb. Xarici mətbuatın verdiyi xəbərə görə, Samman çox pis vəziyyətdə olub. Hazırda onun koma vəziyyətində və ciddi həkim nəzarətində olduğu deyilir.

Böyük ehtimalla xoşagəlməz hadisəyə narkotik vasitədən həddən artıq istifadə səbəb olub. Yeri gəlmişkən, amerikalı idmançı vaxtilə narkotik asılılığından əziyyət çəkib. Ancaq sonradan müalicə alaraq bu bəladan qurtulmuşdu.

Bu yaxınlarda avtoqəzada sevgilisini itirən döyüşçü gürünür, yenidən depressiyaya düşüb və qadağan olunmuş preparatlardan istifadə etməyə başlayıb.



Bu yazı

9062 dəfə oxunub

Tarix

2016-10-03 12:24:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook