Növbədənkənar iclasda bir sıra qərarlar qəbul edilib
Azərbaycan Stolüstü Tennis Federasiyasının növbədənkənar iclası keçirilib.
Olimpnews.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə iclasda Stolüstü Tennis Federasiyasının nizamnaməsində dəyişiklik edilib və qarşıda duran yeni vəzifələrlə əlaqədar vitse-prezidentlərin sayı artırılıb. Qeyd edək ki, hazırda federasiyanın iki vitse-prezidenti var.
İclasda qəbul edilmiş qərara uyğun olaraq, Azərbaycan Stolüstü Tennis Federasiyası fəaliyyətini artıq yeni ünvanda davam etdirəcək.
Bu yazı
31188 dəfə oxunub
Tarix
2016-10-11 14:37:05