Azərbaycan güləşçiləri Olimpiya Oyunlarında

Əvvəli: http://olimpnews.az/8581/get+#.WAoeg9R974Y

XXVIII Yay Olimpiya Oyunları, Afina - 2004

Afina-2004 Olimpiya Oyunları, Azərbaycan idmanının yeni şanlı səhifəsini yazıldı. 21-ci minilliyin ilk Olimpiya Oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Bu Oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi.

Atletlərimiz XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandılar. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində yarışan 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görüldü.

XXIX Yay Olimpiya Oyunları, Pekin - 2008

XXIX Yay Olimpiya Oyunlarında ölkəmiz 12 - güləşçi (sərbəst güləş (7), yunan-Roma güləşi (6) və qadın güləşi (3) ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya Oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi.

Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü. Gümüş medallarımız yunan-Roma güləşində əldə olundu. Finala qədər heç bir idmançıya şans verməyən Vitali Rəhimov (60 kq) həlledici matçda rusiyalı idmançıya məğlub olaraq, gümüş medal qazandı. Rövşən Bayramov (55 kq) da yunan-Roma güləşində finala qədər bütün rəqiblərini məğlubiyyətə uğratdı. İdmançımız finalda Rusiya təmsilçisinə 6:5 (3:2, 2:2) hesabı ilə uduzaraq 2-ci yerlə barışmalı oldu.

Sərbəst güləşçimiz Xetaq Qazyumovu (96 kq) yarımfinalda Rusiya atleti dayandırdı. Təmsilçimiz bürünc medala layiq görüldü. İlk görüşdə məğlub olsa da, rəqibinin finala qədər irəliləməsi Mariya Stadnikin (48 kq) təsəlliverici yarışlarda qüvvəsini sınaması ilə nəticələndi. Medal uğrunda yarışda isə Mariya Stadnik qazaxıstanlı rəqibinə qalib gəldi.

Dilqəm Quliyev,
professor

(ardı var)


Bu yazı

20972 dəfə oxunub

Tarix

2016-10-21 18:03:12

Yazını

Çap et

Yazını

Paylaş