Şəhriyar Məmmədyarov beynəlxalq turnirin qalibi oldu


Özbəkistanın paytaxtı Daşkənddə keçirilən böyük sərkərdə Əmir Teymurun 680 illiyi ilə bağlı sürətli şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.

Olimpnews.az saytının məlumatına görə, Mədəniyyət və İdman İşləri Nazirliyinin ölkənin Şahmat Federasiyası ilə birgə təşkil etdiyi yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edib. Turnirdə Rüstəm Qasımcanov (Özbəkistan), Boris Gelfand (İsrail) və Ruslan Panamaryov (Ukrayna) kimi tanınmış qrossmeysterlər də iştirak edib. Beynəlxalq turnirin yekunlarına görə Şəhriyar Məmmədyarov səkkiz xalla birinci yerə layiq görülüb. Boris Gelfand 6 xalla ikinci, Rüstəm Qasımcanov isə beş xalla üçüncü yeri tutub.

Turnir çərçivəsində qrossmeysterlər gənc şahmatçılar üçün ustad dərsləri də keçiblər.


Bu yazı

13135 dəfə oxunub

Tarix

2016-10-24 16:51:54

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook