Xatirə turniri keçirilib


"Şağan” Olimpiya-İdman Kompleksində şəhid hərbi xidmətçi Kamran Şirəliyevin xatirəsinə həsr olunan kikboksinq üzrə klublararası turnir keçirilib.

Olimpnews.az saytının məlumatına görə, yarış maraqlı idman mübarizəsi ilə yadda qalıb. 46 komandadan 400-ə yaxın idmançının iştirak etdiyi yarışda birinci yerə baş məşqçi Anar Süleymanovun rəhbərlik etdiyi "A.S” klubu çıxıb. Belə ki, 18 idmançı ilə təmsil olunan klubun yetirmələrindən 12-i (6-ı qız) çempion adını qazanmağa müvəffəq olub.

Qeyd edək ki, fəxri kürsüdə yer tutan idmançılara diplom və medallar təqdim olunub.






Bu yazı

10517 dəfə oxunub

Tarix

2016-10-25 10:21:30

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook