6 şahmatçımız güclülər arasında

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, noyabr ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə 6 Azərbaycan qrossmeysteri yer alıb.

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. Lakin qrossmeysterimiz ötən ayla müqayisədə 3 pillə geriləyib - 14-cü yer. Onun aktivində 2762 reytinq xalı var. Son yarışlarda uğursuz çıxış edən Teymur Rəcəbov (2696) da reytinqdə geriləyib. 14 reytinq xalı itirən təmsilçimiz 8 rəqibini özündən irəli buraxmaqla, 44-cü yerə enib. Yığmamızın liderlərindən fərqli olaraq, Rauf Məmmədov (2684) və Arkadi Naydiç (2686) mövqelərini yaxşılaşdırıblar. Rauf 6 pillə irəliləməklə 57-ci pilləyə yüksəlib. Latviya əsilli zəka sahibimiz isə 3 rəqibini qabaqlamaqla 55-ci yerə qalxıb. Komandamızın digər üzvü - Eltac Səfərli (2694) mövqeyini qoruyub. Həmyerlimiz yenə də 46-cı pillədədir. Reytinq siyahısına əvvəlki kimi Maqnus Karlsen (Norveç, 2853) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2823) ikinci, Maksim Vaşye-Laqrav (Fransa, 2811) üçüncü pillədə yer alıb.

Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçilərindən yalnız Günay Məmmədzadə yer alıb. 2371 reytinq xalına malik olan şahmatçımız 94-cü yerdədir. Qadınların siyahısına çinli Yifan Hou (2635) başçılıq edir.



Bu yazı

15996 dəfə oxunub

Tarix

2016-11-04 14:09:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook